ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun oğurlanması ilə yeni detalları açıqlayıb.
Bizim.Media xəbər verir ki, ABŞ lideri “Fox News”a müsahibəsində bu barədə danışıb.
Onun sözlərinə görə, bu qərarın verilməsi çətin olmayıb:
“Bu addımı həm demokratlar, həm də respublikaçılar istəyirdi. Lakin indiyədək heç kimin nə qətiyyəti, nə də onu real şəkildə ələ keçirmək iradəsi var idi. Dəqiq nə baş verdiyini bilmirəm, amma o, çox sayda insanın ölümünə səbəb olub”.
Tramp Maduronun ABŞ-a təhlükəli şəxslər göndərdiyini iddia edib. O bildirib ki, Venesuela rəhbəri ölkə həbsxanalarını faktiki olaraq boşaldaraq məhkumları ABŞ-a yönləndirib, eyni zamanda psixiatriya xəstəxanalarının və ruhi xəstələr üçün sığınacaqların sakinlərini də ölkədən çıxarıb.
ABŞ Prezidenti Maduronu narkotik alverində də ittiham edib:
“O, böyük narkotacir idi. Bunu ələ keçirdiyimiz qayıqlardan da görmək olurdu. Nəhəng həcmdə narkotik, saysız-hesabsız gəmilər və dənizlə daşınan narkotrafik mövcud idi”.
Trampın sözlərinə görə, hazırda bu cür qayıqlar demək olar ki, yoxdur:
“İndi qayıqlar demək olar ki, qalmayıb. Onları tapa bilməzsiniz. Mən düşünmürəm ki, kimsə bu sularda balıq tutmağa belə cəsarət etsin. İnsanlar artıq bu sulara çıxmaq istəmir”.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyat keçirib.
Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib. Bundan əlavə, Venesuela Prezidenti Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ABŞ-a aparılıb. Maduro və həyat yoldaşı yanvarın 5-də Nyu-Yorkda hakim qarşısına çıxarılıb.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
11:12 / 09.01.2026
Tramp Maduronun saxlanılması ilə bağlı yeni detalları AÇIQLADI – VİDEO
Hazırda oxunan: Tramp Maduronun saxlanılması ilə bağlı yeni detalları AÇIQLADI – VİDEO
Hazırda oxunan: Tramp Maduronun saxlanılması ilə bağlı yeni detalları AÇIQLADI – VİDEO
589817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































