Putinin iqamətgahına HÜCUM - Moskva görüntüləri yaydı - VİDEO

Putinin iqamətgahına HÜCUM - Moskva görüntüləri yaydı - VİDEO

Hazırda oxunan: Putinin iqamətgahına HÜCUM - Moskva görüntüləri yaydı - VİDEO

588608

Rusiya Müdafiə Nazirliyi Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına gedərkən Ukraynaya məxsus pilotsuz təyyarənin fraqmentlərinin araşdırılması zamanı əldə edilən məlumatların ABŞ-a ötürülməsinin görüntülərini yayımlayıb.

Bizim.Media xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov materialları Moskvadakı ABŞ səfirliyinin nümayəndəsinə təhvil verib.
 

“Bu hücumu həyata keçirən PUA-ların fraqmentlərini tapdıq. Bəzi pilotsuz təyyarələrin naviqasiya sistemləri yaxşı qorunub saxlanılıb. Onlar texniki cəhətdən işlək vəziyyətdədirlər”, - deyə Kostyukov vurğulayıb.


Onun sözlərinə görə, hücumun hədəfinin həqiqətən də Rusiya liderinin iqamətgahının yerləşdiyi binalar kompleksi olduğu təsdiqlənib.

Kostyukov həmçinin materialların Vaşinqtona ötürülməsinin bütün sualları aradan qaldıracağına və həqiqətin üzə çıxmasına kömək edəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Rusiya Ukraynanın dekabrın 29-na keçən gecə Prezident Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 ədəd PUA ilə hücum etdiyini bildirib. Ukrayna bu iddiaları rədd edib. (Publika.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO