İranda qan su yerinə AXIR – Polis İdarəsinə OD vuruldu, 15 yaşlı yeniyetmə ÖLDÜRÜLDÜ – VİDEO

İranda qan su yerinə AXIR – Polis İdarəsinə OD vuruldu, 15 yaşlı yeniyetmə ÖLDÜRÜLDÜ – VİDEO

Hazırda oxunan: İranda qan su yerinə AXIR – Polis İdarəsinə OD vuruldu, 15 yaşlı yeniyetmə ÖLDÜRÜLDÜ – VİDEO

588556

Lorestan əyalətinin Azna şəhərində keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində üç nəfər həyatını itirib. Həlak olanlar Vəhab Musəvi, Şayan Əsədullahi və 15 yaşlı yeniyetmə Mistafa Haşemiandır.

Bizim.Media Azad İran Teleqram kanalına istinadən xəbər verir ki, etirazlar zamanı azı 10 nəfər müxtəlif dərəcəli güllə yaraları alıb. Yaralıların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir.
 

Mənbələrin verdiyi məlumata əsasən, təhlükəsizlik qüvvələri öldürülən şəxslərin ailələrini təhdid edərək ictimai dəfn və anım mərasimlərinin keçirilməsinə icazə verilməyəcəyini bildirib.


Həmçinin İranın Azna şəhərində Polis İdarəsinə od vurulub.  

Etirazçılar Lorestan əyalətində Azna şəhər Polis İdarəsini yandırıb və bir neçə polisi öldürüb. Bundan əlavə, qəzəbli insanlar Kəvar şəhərində SEPAH-a məxsus avtomobili aşıraraq yandırıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO