Toğanalı-Kəlbəcər yolunun tikintisindən yeni xəbər var - VİDEO

Toğanalı-Kəlbəcər yolunun tikintisindən yeni xəbər var - VİDEO

Hazırda oxunan: Toğanalı-Kəlbəcər yolunun tikintisindən yeni xəbər var - VİDEO

587765

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Şərqi Zəngəzur və Qarabağda icra olunan ən mühim yol layihələrindən biridir.

Bizim.Media xəbər verir ki, ümumi uzunluğu 82 kilometr olan bu yol Göygöl və Kəlbəcər arasında birbaşa əlaqə yaradır.

Yolun Toğanalı-Kəlbəcər hissəsi 56, Kəlbəcər-İstisu hissəsi isə 26 kilometr təşkil edir. Marşrutun 16 kilometrliyindən Murovdağ silsiləsi başlayır və relyef kəskin dəyişir.

Həmin dağ silsiləsinin sərt qayalarından keçən tunel Azərbaycan yol infrastrukturunda yeni mərhələni açıb.
 

Bu tunel Murovdağ silsiləsinin sərt və keçilməzliyinin qarşısını almaq üçün inşa edilib. Burada isə yeni texnologiyalardan istifadə olunub. İki il ərzində inşa edilən tunel qazma-partlama üsulu ilə ərsəyə gətirilib.


Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO