Artıq bir neçə saatdır ki, Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobil sıxlığı müşahidə olunur.
Bizim.Media-nın əldə etiyi məlumata görə, sıxlığın yaranmasına səbəb Abşeron Gənclər Şəhərciyinin yaxınlığındakı yerüstü keçiddə aparılan təmir işləridir.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Sumqayıt yolunda yük maşınının yerüstü keçidə çırpılmasının SƏBƏBİ bilindi - VİDEO
Xatırladaq ki, iyulun 15-də Bakı-Sumqayıt yolunda, Abşeron Gənclər şəhərciyi yaxınlığında yük maşının yerüstü piyada keçidinə çırpılıb. Nəticədə piyada keçidinə ciddi ziyan dəyib.
Bizim.Media






























































































