Keçmiş əri tərəfindən öldürülən Diananın ailəsi DANIŞDI – Dəhşətli qətlin YENİ DETALLARI – VİDEO

Keçmiş əri tərəfindən öldürülən Diananın ailəsi DANIŞDI – Dəhşətli qətlin YENİ DETALLARI – VİDEO

Hazırda oxunan: Keçmiş əri tərəfindən öldürülən Diananın ailəsi DANIŞDI – Dəhşətli qətlin YENİ DETALLARI – VİDEO

586430

Qusar rayonunun Hil kəndində dəhşətli cinayət hadisəsi baş verib. Kənd sakini Asif Təyıbov keçmiş arvadı ilə barışmaq məqsədilə onu aldadaraq yaşayış olmayan bir evə aparıb.

O, həmin evi qadın üçün kirayə tutacağını bildirib. Daha sonra evdə Diana Təyıbovanın əl-qolunu bağlayaraq ona ağır xəsarətlər yetirib və xüsusi amansızlıqla qadını qətlə yetirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qusarda kişi keçmiş arvadını öldürdü


Xatırladaq ki, cütlük üç il əvvəl boşanıb və Diana Təyıbova ata evində yaşayıb. Onların üç övladı olub, uşaqlardan ikisi atanın, biri isə ananın himayəsində qalırmış.

Məlumatlara görə qətl hadisədən sonra izi itirmək məqsədilə Asif Təyibov özünün və Diananın mobil telefonunu, eləcə də mərhumun qızıl zinət əşyalarını Hil kənd orta məktəbinin tualetinə atıb. Qeyd edək ki, Asif Təyibov həmin məktəbdə bağban kimi çalışıb.

Mərhumun valideynləri Diananın evli olan müddətdə də dəfələrlə zorakılığa məruz qaldığını və ona həmişə zülm verildiyini dilə gətiriblər. 

Ətraflı videosüjetdə: 


Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO