Mələk Zeynalovanın həbs müddəti 2 il artırıldı – VİDEO

Mələk Zeynalovanın həbs müddəti 2 il artırıldı – VİDEO

Hazırda oxunan: Mələk Zeynalovanın həbs müddəti 2 il artırıldı – VİDEO

586355

Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən Mələk Zeynalova barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə və prokurorluğun protestinə baxılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, məhkəmə M.Zeynalovanın şikayətini təmin etməyib, prokurorluğun protesti isə təmin olunub.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi 8 il həbs cəzası ləğv edilərək yeni hökm çıxarılıb. Belə ki, M.Zeynalovanın 10 il azadlıqdan məhrum edilməsinə, cəzasını ümumi rejimli deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.


Qeyd edək ki, Ağdam rayon sakini olan M.Zeynalova xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketləri təşkil edəcəyi adı ilə onlarla vətəndaşı aldadıb. O, dələduzluq yolu ilə vətəndaşların 575440 manatını ələ keçirib.

Məhkəmə M.Zeynalovanı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib.

Xatırladaq ki, 2023-cü ildə M.Zeynalova polis tərəfindən saxlanılarkən Daxili İşlər Nazirliyi (DİN) onun əməlləri ilə bağlı məlumat yaymış və əhaliyə müraciət etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO