Bakıda park edilmiş avtomobil içərisində sərnişin ola-ola hərəkət edib qəza törətdi – ANBAAN VİDEO

Bakıda park edilmiş avtomobil içərisində sərnişin ola-ola hərəkət edib qəza törətdi – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda park edilmiş avtomobil içərisində sərnişin ola-ola hərəkət edib qəza törətdi – ANBAAN VİDEO

585662

Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

“İlkin ehtimala görə səkidə park edilən avtomobil içərisində sərnişin ola-ola qəfil hərəkətə başlayaraq yolda olan işıqfora çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, 1 ədəd üzərində piyada bölmələri olan nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb. Sıradan çıxan işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür.
 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xatırladır ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir.


Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitəsini park edərkən sadə təhlükəsizlik qaydalarına əməl etsinlər”, - məlumatda bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO