Qatı duman Muğanlı-İsmayıllı yolunda sürücülərə çətinlik yaratdı - VİDEO

Qatı duman Muğanlı-İsmayıllı yolunda sürücülərə çətinlik yaratdı - VİDEO

Hazırda oxunan: Qatı duman Muğanlı-İsmayıllı yolunda sürücülərə çətinlik yaratdı - VİDEO

585584

Muğanlı-İsmayıllı avtomobil yolunun 12-ci kilometrliyində müşahidə olunan qatı duman sürücülərə çətinlik yaradır.

Bizim.Media xəbər verir ki, sürücülər yaxın vuran işıqlardan istifadə etməklə ara məsafəsini qorumağa və aşağı sürətlə hərəkət etməyə çalışırlar. Havanın yağmurlu və şaxtalı keçməsi yolun buzlaşmasına səbəb olub ki, bu da qəza riskini artırır.

"Çox çətinlik çəkirik, sürücülər yollarda qalırlar. Hər kəsdən xahiş edirəm ki, ehtiyatlı olsunlar, balaları evdə onları gözləyirlər", - deyə sürücü Əzizxan Bədəlov söyləyib.

Dumanlı hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
 

Bildirilib ki, dumanlı havanın digər hərəkət iştirakçılarına, eləcə də yollardakı nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına nəzarət etmək, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur:


"Həmçinin bu cür havalarda yolun hərəkət hissəsi və kənarlarının aydın görünməsində çətinlik yarandığını nəzərə alaraq, piyadalardan da yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik".

Daha ətraflı Baku TV-nin videomaterialında:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO