Gürcüstanda gömrük rüsumlarının artması Azərbaycanda avtomobil qiymətlərini nə qədər qaldıracaq? - VİDEO

Gürcüstanda gömrük rüsumlarının artması Azərbaycanda avtomobil qiymətlərini nə qədər qaldıracaq? - VİDEO

Hazırda oxunan: Gürcüstanda gömrük rüsumlarının artması Azərbaycanda avtomobil qiymətlərini nə qədər qaldıracaq? - VİDEO

584913

Gürcüstan üzərindən Azərbaycana gətirilən avtomobillərin qiyməti bahalaşa bilər.

Bizim.Media xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyinin hazırladığı qanun layihəsinə görə, bu ölkədə xarici ölkə vətəndaşlarının alacağı və yaxud təkrar ixrac edəcəyi nəqliyyat vasitələri ilə bağlı rüsumlar artırılacaq.

Mövcud qaydalara görə, tranzit nömrə üçün rüsum 50 laridən 370 lariyə qaldırılır. Bu isə indiki hesabla 32 manat əvəzinə 233 manat deməkdir.

Bundan əlavə, avtomobillərin ekspertiza aktının hazırlanması da 100 laridən 180 lariyə, yəni 63 manatdan 113 manata qaldırılır. Eyni zamanda ixrac üçün gömrük bəyannaməsinin doldurulmasına görə ödəniş 130 laridən 200 lariyə qaldırılır ki, bu da təxminən 126 manat olacaq.
 

Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, Gürcüstan tərəfi bunu artan tələbin fonunda etməyi planlaşdırır.


ABŞ-dən gətirilən maşınların əksəriyyəti Poti limanı vasitəsilə bu prosedurlardan keçir və artım birbaşa alıcılara təsir edir. Belə olduğu halda Gürcüstan yolu ilə Azərbaycana daxil olan avtomobillərin qiymətində də ciddi bahalaşma gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO