Keçmiş məhkum 22 kq narkotiklə tutuldu – VİDEO

Keçmiş məhkum 22 kq narkotiklə tutuldu – VİDEO

Hazırda oxunan: Keçmiş məhkum 22 kq narkotiklə tutuldu – VİDEO

583990

Əvvəllər quldurluq etdiyi üçün məhkum olunmuş şəxs bu dəfə 22 kq narkotiklə saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
 

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Abşeron rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.


Əməliyyat zamanı əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş 37 yaşlı Etibar Həsənov saxlanılıb.

Ondan 22 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satışını və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO