Rumıniya Hərbi Dəniz Qüvvələrinin dalğıcları Qara dənizdə suüstü pilotsuz aparatını zərərsizləşdiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.
Əməliyyat sahil mühafizəsinin müraciəti əsasında həyata keçirilib. Naməlum obyekt barədə məlumat alındıqdan sonra dalğıclar Konstansa şəhəri yaxınlığındakı əraziyə gəliblər. Onlar obyekti yoxlayaraq onun “Sea Baby” tipli dron olduğunu müəyyən ediblər.
Bu tip dronlardan Ukrayna Silahlı Qüvvələri istifadə edir.
Bizim.Media





























































































