Bakı-Sumqayıt magistralında nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

Bakı-Sumqayıt magistralında nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

Hazırda oxunan: Bakı-Sumqayıt magistralında nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

582826

Bu gün saat 06 radələrində Bakı-Sumqayıt magistralının 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) istinadən xəbər verir ki, E.Abdullayev “Nissan” markalı avtomobillə hərəkətdə olarkən nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan A.Quliyevin idarə etdiyi “VAZ” markalı avtomobillə, sonuncu isə zərbənin təsirindən digər zolaqda hərəkət edən “KİA” markalı avtomobillə toqquşub.
 

Nəticədə A.Quliyev xəsarət alıb. Yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb. Faktla bağlı araşdırma aparılır.


Yol polisi hadisənin nasaz avtomobil tərəfindən törədildiyini bildirib.

“Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır”, - sürücülərə müraciətdə qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO