Bakıda toy zamanı şadlıq evində yanğın - “Zalda bir nəfər qalmasın” – VİDEO

Bakıda toy zamanı şadlıq evində yanğın - “Zalda bir nəfər qalmasın” – VİDEO

Hazırda oxunan: Bakıda toy zamanı şadlıq evində yanğın - “Zalda bir nəfər qalmasın” – VİDEO

582811

Bakıda şadlıq evlərindən birində toy zamanı yanğın olmasını əks etdirən görüntülər yayılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisə noyabrın 21-də Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Grand Neon” şadlıq sarayında baş verib.

Belə ki, qığılcım toy zamanı şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb.

Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.
 

Toyun aparıcısı qonaqların dərhal şadlıq evini tərk etməsini xahiş edib və mikrofonla “Hər kəs təxliyə olunsun, zalda bir nəfər qalmasın” deyə səslənib. Bundan sonra zal boşaldılıb.


Bildirilir ki, şadlıq sarayının işçiləri qısa müddətdə yanğını söndürməyi bacarıblar. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO