Dondurularaq qurudulan meyvələrə tələbat ARTIB: Yeni trend, yoxsa sağlam seçim? - VİDEO

Dondurularaq qurudulan meyvələrə tələbat ARTIB: Yeni trend, yoxsa sağlam seçim? - VİDEO

Hazırda oxunan: Dondurularaq qurudulan meyvələrə tələbat ARTIB: Yeni trend, yoxsa sağlam seçim? - VİDEO

582571

Son zamanlar dondurmalara və dondurularaq qurudulan meyvələrə tələbat artıb.

Bizim.Media xəbər verir ki, məhsulların məbləği isə ölçüsündən və çəkisindən asılı olaraq, 20-60 manat arasında dəyişir.

Qida mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, belə məhsulların üzərində mütləq istehsal tarixi və son istifadə müddəti qeyd olunmalıdır:

"Açıq havada saxlanıldıqda tərkibi dəyişə bilər, bu isə keyfiyyətin azalmasına və temperatur dəyişikliyi səbəbi ilə mikroorqanizmlərin çoxalmasına gətirib çıxarır. Nəticədə bu məhsullar zəhərlənmə və həzm problemlərinə səbəb ola bilər".
 

Mütəxəssislər dondurularaq qurudulan meyvələrin, eləcə də dondurmaların tərkibində istifadə olunan konservantlar, əlavə dadlandırıcılar və rəngləndiricilərin allergiyası olan insanlarda ciddi reaksiyalara səbəb ola biləcəyini qeyd edirlər.


Daha ətraflı Baku TV-nin videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO