Yaradıcı ideyalara DƏSTƏK - Azərbaycanda yeni İnnovasiya Mərkəzi fəaliyyətə başladı - FOTO/VİDEO

Yaradıcı ideyalara DƏSTƏK - Azərbaycanda yeni İnnovasiya Mərkəzi fəaliyyətə başladı - FOTO/VİDEO

Hazırda oxunan: Yaradıcı ideyalara DƏSTƏK - Azərbaycanda yeni İnnovasiya Mərkəzi fəaliyyətə başladı - FOTO/VİDEO

582157

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yeni Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub. 

Yeni yaradılan mərkəz tələbələrin innovativ ideyalarının dəstəklənməsi, startap layihələrinin inkubasiyası və müasir texnoloji təşəbbüslərin inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

Bu addım ölkədə innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində yeni mərhələ kimi qiymətləndirilir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov bildirib ki, mərkəzin əsas məqsədi tələbələrin, müəllimlərin və gənc mütəxəssislərin yeni ideyalar üzərində birgə çalışmasına şərait yaratmaqdır.
 

Dövlət Neft və Sənaye universitetinin güclü araşdırma potensialının, riyaziyyat və mühəndislik məktəbi kimi zəngin bazasının olduğunu vurğulayan rektor belə bir mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini diqqətə çatdırıb. O, yüksək potensiallı tələbələr və professor-müəllim heyəti üçün daha geniş imkanlar yaradılacağını xüsusilə qeyd edib. 


Ətraflı videosüjetdə:










































Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO