Uğursuz rinoplastika əməliyyatı səbəbi ilə Səhiyyə Nazirliyinə "MedAura" klinikası ilə bağlı protokol göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"ın sorğusuna cavab olaraq nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, noyabrın 7,12 və 13-də klinikada keçirilmiş plandankənar (növbədənkənar) yoxlamalar keçirilib:
"Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülmüş və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib".
Qeyd edək ki, bu il aprelin 30-da Bakıdakı "MedAura" klinikasında burun əməliyyatı keçirən Şəmkir sakini Nigar İlham qızı Budaqlı həkimlərin səhlənkarlığı səbəbilə koma (kliniki ölüm) vəziyyətinə düşüb. Onun yaxınlarının sözlərinə görə, əməliyyatı həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib.
Bizim.Media































































































