Xanım avtobus sürücüləri SÜKAN ARXASINDA – Bu marşrutlar üzrə çalışacaqlar – VİDEO

Xanım avtobus sürücüləri SÜKAN ARXASINDA – Bu marşrutlar üzrə çalışacaqlar – VİDEO

Hazırda oxunan: Xanım avtobus sürücüləri SÜKAN ARXASINDA – Bu marşrutlar üzrə çalışacaqlar – VİDEO

582120

Bu gündən etibarən "Baku Bus"un xanım sürücüləri rəsmi şəkildə fəaliyyətə başlayırlar. Artıq kişi sürücülərlə yanaşı, qadın sürücüləri də avtobuslarda sükan arxasında görəcəyik.  İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün xanım namizədlər nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər.
 

MÖVZU İLƏ BAĞLI:

Qadın avtobus sürücüləri fəaliyyətə başladı – FOTO


“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva isə bütün mərhələləri uğurla tamamlayan xanım namizədlərin rəsmi şəkildə işə qəbul olunduqlarını deyib.

Qeyd edək ki, xanım sürücülər hələlik 140 və 121E ekspres marşrut xətləri üzrə fəaliyyət göstərəcəklər.

Daha ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:


Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO