Bakıda BYD ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakıda BYD ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda BYD ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO

582111

Bakıda sürücü məsuliyyətsizliyi yol-nəqliyyat hadisəsinin baş verməsi ilə nəticələnib.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Sözügedən hadisə Buzovna-Maştağa avtomobil yolunda qeydə alınıb.
 

BYD markalı avtomobil manevr qaydalarını pozub. Bu zaman yüksək sürətlə hərəkətdə olan "Toyota" markalı maşının sürücüsü BYD-ni son anda görüb və qəfil manevrlə qəzadan yayınmaq istəyib. Ancaq qarşı hərəkət zolağına çıxan "Toyota" "Jeep" markalı maşınla toqquşub.


Hadisə zamanı xəsarət alanlarla bağlı məlumat yoxdur. Avtomobillərə ciddi ziyan dəyib.

Qəzanın görüntülərini təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO