“Plazada qaz olmayıb”.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "AFEN Plaza"nın sahibi Əbülfət Əliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Bakıda ofis binasında partlayış: 7 nəfər xəsarət aldı - VİDEO
O bildirib ki, ərazidə yol təmir işləri gedir:
"Ərazidə böyük, plasmas boru ilə magistral qaz xətti çəkilib. Burada işləyən traktorlar həmin xətti zədələdilər. Ondan sonra dedilər ki, oranı yamayıblar. Görünür ki, yaxşı yamamayıblar və binaya yeraltı qaz sızıb. Zirzəmiyə qaz toplanıb səhər işçi işığı yandıranda partlayış baş verib".
Bizim.Media

































































































