Bakıda AYNA-nın xüsusi avtomobilləri sürücüləri CƏRİMƏLƏYİR – VİDEO

Bakıda AYNA-nın xüsusi avtomobilləri sürücüləri CƏRİMƏLƏYİR – VİDEO

Hazırda oxunan: Bakıda AYNA-nın xüsusi avtomobilləri sürücüləri CƏRİMƏLƏYİR – VİDEO

581680

Son günlər paytaxtın müxtəlif küçə və prospektlərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus xüsusi avtomobillərin reydlər keçirdiyi müşahidə olunur.

Bizim.Media Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilir ki, xüsusi avadanlıqlarla təchiz olunan həmin nəqliyyat vasitələri sürücülərin dayanma-durma qaydalarını, avtobus zolaqlarının qanunsuz zəbt edilməsini, eləcə də ümumi yol hərəkəti qaydalarının pozulmasını operativ şəkildə qeydə alır.

Mövzu ilə bağlı AYNA-dan qeyd edilib ki, sözügedən i-Patrul maşınları dövlət avtomobil yollarında təşkil olunmuş parklanma məntəqələrində parklanma qaydalarının pozulması hallarını aşkar edir:

"İ-Patrulların istifadə məqsədi fiziki müdaxiləni minimuma endirmək, çevik formada parklanma yerlərinin monitorinqini aparmaq və bununla parklanmanın nizamlı fəaliyyətini təmin etməkdir. Bu avtomobillərə quraşdırılmış kameralar vasitəsilə avtomatik rejimdə qayda pozuntuları müəyyən edilir, daha sonra isə məlumatlar yoxlanılır. Qayda pozuntusu təsdiqini tapdığı təqdirdə cərimə protokolu tətbiq olunur.
 

Xatırladaq ki, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddəti başladılmalıdır.


Nəqliyyat vasitələrinin parklanması üçün xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddəti başladıldıqdan sonra ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO