Sosial şəbəkələrdə yayılmış bəzi videolarda azyaşlı qız uşaqlarının saçlarının kəsilərək satıldığı iddia olunur.
Bizim.Media xəbər verir ki, maddi sıxıntı yaşayan bəzi valideynlər bu addıma məcbur qalırlar.
“Baku TV” əməkdaşı belə səhifələrdən biri ilə əlaqə saxlayıb. Telefon danışığında ona belə deyilib:
“Minimum 55 sm saç qəbul edirik. Ucu zədəlidirsə, 100 qramı üçün 120–140 manat arası ödəyirik. Uşağa qısa kare saç modellərinin şəkillərini göstərin, onu tərifləyin ki, bəyənsin və kəsəndə ağlamasın”.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, uşağın bədəninə edilən bu tip müdaxilə onun psixoloji durumuna ciddi təsir göstərə, gələcəkdə şəxsiyyətinin formalaşmasında travmalar yarada bilər.
Bizim.Media
























































































