ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə Ermənistan və Azərbaycan barədə “narahat olmamağı” və ona Ukraynada müharibəni dayandırmağa imkan verməyi məsləhət gördüyünü açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp Vaşinqtonda keçirilən ABŞ–Səudiyyə Ərəbistanı biznes forumunda çıxışı zamanı Putinlə telefon danışıqlarından birini şərh edərkən deyib.
“Azərbaycan… Bu artıq uzun illər idi davam edirdi. Putin mənə zəng edib dedi:
“Sənin bu münaqişəni həll edə bilməyinə inana bilmirəm, biz bunu çox uzun müddət etməyə çalışmışdıq”. Biz də bunu uzun müddət həll etməyə çalışmışdıq.
Mən isə dedim: “Bunun barədə narahat olma, mənə sənin lənətə gəlmiş müharibəni yoluna qoymağa imkan ver. Mənə kömək etməyinə ehtiyac yoxdur, heç bir yardım lazım deyil, mənə yalnız sənin müharibənlə bağlı yardım lazımdır”, – ABŞ lideri qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
23:47 / 19.11.2025
Trampdan Putinə: “Azərbaycana görə narahat olma…” - VİDEO
Hazırda oxunan: Trampdan Putinə: “Azərbaycana görə narahat olma…” - VİDEO
Hazırda oxunan: Trampdan Putinə: “Azərbaycana görə narahat olma…” - VİDEO
581436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































