Moskvanın Qolyanovsk gölündən tapılan çantada uşaq başı aşkar edilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 6 yaşlı uşağın meyiti Balaşixadakı mənzillərin birində aşkarlanıb.
Məlumata görə, uşaq əlil olub və anası tərəfdən şiddətə məruz qılıb. Qətldə şübhəli bilinən ana oğlunun və 9 yaşlı qızının qayğısına qalmaqda ciddi çətinlik çəkib.
Hüquq-mühafizə orqanları uşağın qətlində anası və onun birlikdə yaşadığı şəxsi şübhəli bilərək saxlayıblar. Məlumata görə, ana psixiatrik klinikada qeydiyyatda olub və narkotik istifadəsinə görə dəfələrlə məsuliyyətə cəlb edilib.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir. (İnsanoid)




Bizim.Media




































































































