Wikipedia-nın banisi Cimmi Ueyls 48 saniyəyə müsahibəni “bitirdi” - VİDEO

Wikipedia-nın banisi Cimmi Ueyls 48 saniyəyə müsahibəni “bitirdi” - VİDEO

Hazırda oxunan: Wikipedia-nın banisi Cimmi Ueyls 48 saniyəyə müsahibəni “bitirdi” - VİDEO

580815

“Wikipedia”nın yaradıcısı Cimmi Ueyls tarixə düşəcək qədər qısa — cəmi 48 saniyəlik müsahibə verib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Telegram kanalları yayıb.
 

Jurnalistin ilk “Siz əsas qurucusunuz, yoxsa həmtəsisçi?” sualını Ueyls “Dünyanın ən axmaq sualı” adlandıraraq mövzunu davam etdirməkdən imtina edib və dərhal ayağa qalxaraq müsahibəni tərk edib.


Dialoq belə olub:

— “Mən Cimmi Ueylsəm, “Wikipedia”nın qurucusu”.

— “Qurucu, yoxsa həmtəsisçi?”

— “Fərqi yoxdur. Bu dünyanın ən axmaq sualıdır… Əhəmiyyəti yoxdur”.

— “Amma Wikipedia üçün bu prinsipial məsələ deyilmi? Faktlar nə deyir?”

— “Bu fakt deyil, fikirdir”.

— “Bəs sizcə — qurucu sizsiniz?”

— “Artıq dörd dəfə cavab verdim. Bilirsiniz nə var? Mən gedirəm”.

Ueyls studiyanı tərk edib və müsahibə 48 saniyədə bitib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO