İşdən çıxarılan avtobus sürücülərinə külli miqdarda cərimə yazıldı - İDDİA/VİDEO

İşdən çıxarılan avtobus sürücülərinə külli miqdarda cərimə yazıldı - İDDİA/VİDEO

Hazırda oxunan: İşdən çıxarılan avtobus sürücülərinə külli miqdarda cərimə yazıldı - İDDİA/VİDEO

580073

İşdən çıxarılan sürücülərə bir vaxtlar idarə etdikləri avtobuslara görə cərimələr yazılır.

Bizim.Media xəbər verir ki, bu iddianı əvvəllər "Manella” MMC-yə məxsus 170 nömrəli avtobusu idarə edən sürücülər Xəzər Xəbərə bildiriblər.
 

Onlar iddia edirlər ki, Qurbanəli İsmayılova məxsus daşıyıcı şirkətdə fəaliyyət göstərən avtobus sürücüləri bir neçə ay əvvəl işdən çıxarılıb. Avtobuslar başqa daşıyıcı şirkətə verilib. Lakin həmin avtobuslara yazılan cərimələr köhnə sürücülərə göndərilir.


Sürücülərin daşıyıcı şirkətlə problemləri bununla da bitmir. Onlar şirkətin nəqliyyat parkının yaxşılaşdırılması məqsədilə külli miqdarda vəsaitin mənimsənildiyini də iddia edirlər. Bundan başqa, sürücülərin külli miqdarda əməkhaqlarının və onlara çatmalı olan digər məbləğlərin təyinatı üzrə xərclənmədiyi bildirilir.

İddialarda adı keçən daşıyıcı şirkətin rəhbəri Qurbanəli İsmayılov isə fikrini belə bildirib:

"Mən cərimələrin işinə qarışmıram. İşçilərin adını bilmirəm. Yaxınlaşsınlar idarəyə, onlara məlumat veriləcək".

Sürücülər sözügedən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini də bildiriblər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO