“Sakit ol!” dedi, sonra itələdi - Moskva metrosunda DƏHŞƏT – VİDEO

“Sakit ol!” dedi, sonra itələdi - Moskva metrosunda DƏHŞƏT – VİDEO

Hazırda oxunan: “Sakit ol!” dedi, sonra itələdi - Moskva metrosunda DƏHŞƏT – VİDEO

579852

Moskva metrosunda dəhşətli hadisə baş verib. 

Bizim.Media Rusiyanın İstintaq Komitəsinə istinadən xəbər verir ki, 64 yaşlı qadın 13 yaşlı qızı metro relslərinə doğru itələyib. 
 

Hadisə noyabrın 9-da “Tağanskaya” stansiyasında qeydə alınıb. Məlumata görə, qadın qıza yüksək səslə danışdığı üçün irad bildirib, daha sonra isə onu— relslərin üzərinə itələyib.


Yeniyetmə qatarın altına düşməyib. Ətrafdakı sərnişinlər onun həyatını xilas edərək platformaya çıxarıblar və qız daha sonra ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə cinayət işi açılıb. Şübhəli qadın artıq saxlanılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO