“Zəfər qoxulu 5 il” adlı tədbir keçirildi - FOTO/VİDEO

“Zəfər qoxulu 5 il” adlı tədbir keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: “Zəfər qoxulu 5 il” adlı tədbir keçirildi - FOTO/VİDEO

579695

UNEC nəzdində Qida Sənayesi Kollecində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər qoxulu 5 il” adlı ədəbi-bədii tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Vətən müharibəsində qazanılan tarixi Qələbəmizin 5 illiyinə həsr olunub.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışını kollecin direktoru Sevinc Həmzəyeva edib. O, çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi və qürurverici əhəmiyyətindən danışıb, bu Qələbənin memarlarına – qəhrəman şəhidlərimizə və qazilərimizə minnətdarlığını bildirib.
 

Tədbirdə şəhid anaları, müharibə veteranları, qazilər, müəllim və tələbə kollektivi iştirak edib. Onlar öz təəssüratlarını bölüşüb, Vətən uğrunda canından keçən igid oğullarımızın şərəfli döyüş yolundan danışıblar.


Tələbələr və müəllimlər tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri təqdim edilib.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO