"Xpeng" hava taksisini təqdim etdi - VİDEO

"Xpeng" hava taksisini təqdim etdi - VİDEO

Hazırda oxunan: "Xpeng" hava taksisini təqdim etdi - VİDEO

579649

Çinin Xpeng şirkətinin Aridge hava nəqliyyatı üzrə bölməsi A868 layihəsinin ilk görüntülərini təqdim edib. Bu, sərnişin daşınması üçün nəzərdə tutulmuş növbəti nəsil uçan aparatdır və əvvəlki modellərlə müqayisədə daha uzaq məsafəyə uçma qabiliyyətinə malikdir. Bildirilir ki, artıq prototiplərin uçuş sınaqlarına start verilib.

Bizim.Media xəbər verir ki, Aridge A868 uzadılmış gövdəyə, ona əlavə edilmiş qanadabənzər hissələrə, quyruq stabilizatoruna malikdir.

O, yer üzərində hərəkət edə bilmir, lakin şaquli qalxma və enmə imkanına sahibdir. Bu da onun üçün uçuş-enmə zolağının zəruriliyini aradan qaldırır.

Yeni modelin kabinəsində altı nəfərə qədər sərnişin yerləşə bilir. A868-in mühərrik sistemi ilə bağlı texniki göstəricilər hələ açıqlanmayıb, lakin məlumdur ki, aparat hibrid güc qurğusu ilə təchiz edilib, 360 km/saat sürətə çata bilir və 500 kilometrdən çox uçuş məsafəsinə malikdir.
 

A868-in — görünür, aerotaksi kimi nəzərdə tutulan bu modelin — kütləvi istehsala nə vaxt çıxacağı hələlik məlum deyil. Bununla belə, Xpeng Aridge Land Aircraft Carrier adlı başqa bir layihə bu mərhələyə daha yaxındır.


Bu sistem modullu nəqliyyat vasitəsidir, təkərli yerüstü platforma kiçik hava modulunu daşıyır. Noyabrın əvvəlində ilk seriyalı nüsxənin yığılmasına başlanıldığı və bölmənin artıq 7 minə yaxın ilkin sifariş topladığı bildirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO