“Tammiqyaslı nüvə sınaqlarına hazırlığa dərhal başlamağı məqsədəuyğun hesab edirəm. Novaya Zemlyadakı poliqonun vəziyyəti qısa müddətdə belə sınaqları keçirməyə imkan verir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov ölkə prezidenti Vladimir Putininin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclası zamanı bildirib.
İclasın əvvəlində ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etməklə bağlı bəyanatı müzakirə olunub.
Dövlət başçısı bu məsələ ilə bağlı Belousovdan məlumat verməyi xahiş edib.
Nazir bildirib ki, ABŞ strateji hücum silahlarını sürətlə modernləşdirir:
“ABŞ-ın nüvə sınaqlarına qoyulan moratoriyadan çıxması silahlara nəzarət sisteminin dağıdılması siyasətinin məntiqi davamı olardı. ABŞ-ın Avropada yerləşdirməyi planlaşdırdığı Dark Eagle raketləri Mərkəzi Rusiyaya 6–7 dəqiqəyə çata bilər. ABŞ oktyabr ayında Rusiyaya qarşı preventiv raket-nüvə zərbəsinin məşqini keçib”.
Bizim.Media




























































































