Xameneinin müşavirinin qızının dəbdəbəli toyu İranda yenidən GÜNDƏM OLDU - VİDEO

Xameneinin müşavirinin qızının dəbdəbəli toyu İranda yenidən GÜNDƏM OLDU - VİDEO

Hazırda oxunan: Xameneinin müşavirinin qızının dəbdəbəli toyu İranda yenidən GÜNDƏM OLDU - VİDEO

576101

Sosial şəbəkələrdə İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxaninin qızının toy mərasimindən videolar yenidən yayılıb.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, kadrlar ictimaiyyətdə geniş müzakirələrə və tənqid dalğasına səbəb olub.

Bu nikah mərasimi ötən il Tehranın lüks "Espinas Palas" otelində baş tutmuşdu və "Arman Melli" qəzeti həmin vaxt "Espinas Persian Otelində toy qalmaqalı" başlıqlı məqalə dərc etmişdi.

Qəzetin məlumatına görə, mərasimin xərci təxminən 1 milyard 400 milyon tümən (14 min 703 dollar) olub.
 

Məqalə müəllifi qeyd etmişdi ki, ölkədə iqtisadi sanksiyalar və inflyasiya şəraitində belə bir dəbdəbənin nümayişi, sadə vətəndaşlardan səbir və təmkin gözləyən hakimiyyət üçün suallar doğurur.


Yeni yayılan görüntülər İran cəmiyyətində sosial bərabərsizlik, korrupsiya və elitanın həyat tərzi mövzusunda mübahisələri yenidən alovlandırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO