Xəbər verdiyimiz kimi, bu gün Qəzza zolağında elan olunan atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində girovların təhvil verilməsi prosesi başlayıb.
Bizim.Media "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, İsrail həbsxanalarında saxlanılan HƏMAS üzvləri də azad olunub.
Fələstinli məhbusları daşıyan avtobuslar Ramallah və Qəzza şəhərlərinə gəliblər. Onlar yerli əhali tərəfindən böyük coşqu ilə qarşılanıblar.
Qeyd edək ki, razılaşmaya əsasən HƏMAS ilk mərhələdə 20 girovu İsrailə təhvil verəcək.
Bundan əlavə, həyatını itirmiş israillilərin də cəsədlərinin qarşı tərəfə verilməsi razılaşdırılıb. İsrail isə bunun qarşılığında 2000-nə yaxın HƏMAS üzvünü geri qaytarmaq öhdəliyi götürüb.
Bizim.Media