Ukrayna ordusu Krımda neft bazasına zərbə endirdi – ANBAAN VİDEO

Ukrayna ordusu Krımda neft bazasına zərbə endirdi – ANBAAN VİDEO

Hazırda oxunan: Ukrayna ordusu Krımda neft bazasına zərbə endirdi – ANBAAN VİDEO

574986

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Xüsusi Əməliyyat Qüvvələri tərəfindən işğal altında olan Feodosiya şəhərindəki neft bazasına dron hücumu həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri UNIAN yayıb.

Mənbə qeyd edir ki, bu gecə Rusiya ordusuna xidmət edən bir sıra obyektlər vurulub, xüsusilə pilotsuz uçuş aparatları Feodosiya dəniz neft terminalında 5 yanacaq çəninə zərbə endirib. 

Nəticədə neft bazası ərazisində genişmiqyaslı yanğın qeydə alınıb.
 

Feodosiyada yerləşən və Rusiya–Krım enerji körpüsünün bir hissəsi olan 220 kV-luq “Kafa” yarımstansiyasına da zərbə endirilib. Güc transformatorları, qapalı paylayıcı qurğu, dispetçer otağı və avtomatik mühafizə sistemi yerləşən bina zədələnib. Gərginlikdə sıçrayışlar müşahidə olunur.


330 kV-luq “Simferopol” yarımstansiyasında da bir sıra partlayışlar baş verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO