Moskvada İŞİD-in partlayış törətmək cəhdinin qarşısı BELƏ ALINDI – ANBAAN VİDEO

Moskvada İŞİD-in partlayış törətmək cəhdinin qarşısı BELƏ ALINDI – ANBAAN VİDEO

Hazırda oxunan: Moskvada İŞİD-in partlayış törətmək cəhdinin qarşısı BELƏ ALINDI – ANBAAN VİDEO

574978

Moskvada Ukrayna xüsusi xidmət orqanları ilə İŞİD terror təşkilatının birgə hazırladığı terror aktının qarşısını alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

FTX-nin məlumatına görə, hücumun hədəfi Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti olub.

Əməliyyat zamanı Mərkəzi Asiya ölkələrindən birindən olan (ölkənin adı açıqlanmayıb - red.) bir şəxs həmçinin cinayətin izlərini gizlətməkdə iştirak edən üç Rusiya vətəndaşı saxlanılıb.

Məlumata əsasən, icraçı şəxs Ukrayna xüsusi xidmət orqanlarının maraqları naminə “İslam Dövləti”nin (İŞİD) üzvü, 1979-cu il təvəllüdlü Saidəkbər Qulomov tərəfindən ələ alınıb. Qulomov Rusiya və Özbəkistanın müvafiq qurumları tərəfindən beynəlxalq axtarışdadır.
 

Qulomov Ukrayna kəşfiyyatı tərəfindən təşkil edilən, Rusiya Kimyəvi, Bioloji və Radioloji Müdafiə Qoşunlarının (RHBZ) rəisi general Kirillovun qətlinin də təşkilatçılarından biridir. 


İstintaq məlumatına görə, terror aktı üçün nəzərdə tutulmuş partlayıcı maddə pilotsuz uçuş aparatı vasitəsilə Rusiyaya gətirilib. Güclü bombanın 70 metrlik radiusda təsir gücünə malik olduğu və Moskvanın sıx məskunlaşmış rayonlarından birində partladılmasının planlaşdırıldığı bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO