“Oğlumu hər gecə yuxuda gözləyirəm” - Şəhid Soltan Məmmədovun Anım Günündən VİDEOREPORTAJ

“Oğlumu hər gecə yuxuda gözləyirəm” - Şəhid Soltan Məmmədovun Anım Günündən VİDEOREPORTAJ

Hazırda oxunan: “Oğlumu hər gecə yuxuda gözləyirəm” - Şəhid Soltan Məmmədovun Anım Günündən VİDEOREPORTAJ

574604

“Basdığın yerləri torpaq deyərək keçmə, tanı.

Düşün altında minlərcə kəfənsiz yatanı…”

Bu torpaqlar, azadlığımız, sabahımız... Onlar üçün minlərlə qəhrəman canından, ailəsindən, övladlarından keçdi.

Onlardan biri də Yevlaxın fəxri, 44 günlük Vətən müharibəsində igidlik göstərərək şəhid olan polkovnik-leytenant Soltan Məmmədov idi. 
 

1981-ci il iyulun 21-də Yevlax rayonunun Səmədabad kəndində ziyalı ailəsində dünyaya göz açmış Soltan, uşaqlıqdan Vətənə bağlı böyüyüb. Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbini bitirib və 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.


Soltan Məmmədov 44 günlük Vətən müharibəsinin ən ağır əməliyyatlarında ön sırada olub. Suqovuşan istiqamətində düşmənin diversiya qruplarına qarşı əks-hücumda qəhrəmancasına vuruşub.

2020-ci il oktyabrın 10-da Suqovuşan uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Soltan Məmmədovun Anım Günündə böyüdüyü ata evində olduq... 

Ətraflı videosüjetdə: 


Leyla Vəfadar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO