Kənd sakinlərinin su problemi: "Bir nəfər arxa girdiyi üçün ayağına mikrob düşüb və həyatını itirib" - VİDEO

Kənd sakinlərinin su problemi: "Bir nəfər arxa girdiyi üçün ayağına mikrob düşüb və həyatını itirib" - VİDEO

Hazırda oxunan: Kənd sakinlərinin su problemi: "Bir nəfər arxa girdiyi üçün ayağına mikrob düşüb və həyatını itirib" - VİDEO

574491

Bərdənin Xəsili kənd sakinləri illərdir su problemi ilə üz-üzədir.

Onların sözlərinə görə, kəndə gələn su arxına qonşu Hacalı kəndinin sakinləri tərəfindən çirkab sular axıdılır.

"Bu su Qarabağ kanalından gəlir və dupduru olur. Amma Hacalı kəndindən keçdikdən sonra bizim kəndə çirkli şəkildə çatır. Əvvəllər arxda balıqlar olurdu, indi hamısı məhv olub", - deyə sakinlərdən biri söyləyib.

Sakinlər, həmçinin deyirlər ki, çirkli su bir insanın həyatına son qoyub:

"Hacalıda it, at leşi - hər şeyi arxa atırlar. Çox adam bu suya girib xəstələnib, əli və ayağı qotur xəstəliyinə yoluxanlar da var. Bir nəfər isə arxa girdiyi üçün ayağına mikrob düşüb və həyatını itirib".
 

Kənd bələdiyyəsindən verilən məlumata görə, problem barədə dəfələrlə rayon su idarəsinə müraciət edilib. 2023-cü ildə suların təmizlənməsi istiqamətində tədbirlər görülsə də, tam nəticə əldə olunmayıb. Hazırda məsələ ilə bağlı məhkəmə prosesi davam edir.


Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, Hacalı kəndindən keçərək Xəsili kəndinə gedən suvarma arxına heyvan tullantılarının axıdılması faktı təsdiqlənib.

Məlumatda qeyd olunur ki, toplanmış sənədlər əsasında məsələ hüquqi müstəvidə araşdırılır və məhkəmənin qərarı ilə problemin həlli gözlənilir.

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO