20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır.
Yanvar ayının 17-i səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər xiyabanında abadlıq işləri görülür, ağaclar budanır, yeni güllər əkilir, ərazi yuyulur.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Hazırlıq işlərinin getməsinə baxmayaraq şəhidlərimizin əziz xatirəsini ziyarət etmək üçün artıq şəhid ailələri, məktəblilər qruplar şəklində Şəhidlər Xiyabanına gəlməyə başlayıblar.
Xatırladaq ki, Şəhidlər Xiyabanına ziyarət pandemiya şərtlərinə uyğun olaraq Operativ Qərargah tərəfindən tərtib edilmiş qaydalar çərçivəsində keçiriləcək.
Daha ətraflı əməkdaşlarımızın hazırladığı süjetdə:
Xədicə Ağayeva, Bizim.Media