Ermənilər Həsən bəyin tikdiyi məbədi ələ keçirib - VİDEO

Ermənilər Həsən bəyin tikdiyi məbədi ələ keçirib - VİDEO

Hazırda oxunan: Ermənilər Həsən bəyin tikdiyi məbədi ələ keçirib - VİDEO

52305

Dərələyəz mahalının (Zəngəzur) Keşişkəndindəki Gülvəng monastrı Azərbaycanın XIV əsrin sonlarına aid olunan dini abidədir.    

Bizim.Media xəbər verir ki, sözügedən məbəd Keşişkənddən 7 kilometr şimalda yerləşir. 

Günbəzli vəng ağ şümşadlı daşlarla hörülüb. Monastr baş kilsə, zəng qülləsi və ətrafında yerləşən bir neçə tikilidən ibarətdir.

Yerləşdiyi ərazi dərin dərələrə bölünür. Həmin əraziyə yaxınlıqdakı təpənin üstündə isə alban bəylərindən olan Məlik Proşlar ailəsinə aid qalanın dağıntıları də qalıb. Təəssüf ki, heç bir yazılı məlumat qorunmayıb. 

Haşiyəyə çıxaraq qeyd edək ki, ermənilərin tarix oğurluqları çox olduğu üçün həmin məbəddəki ədəbiyyatı da daşnakların ələ keçirib təhrifləşdirməsi gözləniləndir.

Amma məbədin divarındakı yazıya görə kompleksdəki yeganə kilsə 1318-ci ildə vəfat Məlik İ. bəy tərəfindən tikilib. 1320-ci ildə oğlu Məlik əmir Həsən bəy tərəfindən inşası tamamlanıb.

Ətraflı məlumat üçün videonu təqdim edirik:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO