Putin, Ərdoğan və Nazarbayev İlham Əliyev haqqında: “Çoxlu üstün cəhətləri var…” - VİDEO

Putin, Ərdoğan və Nazarbayev İlham Əliyev haqqında: “Çoxlu üstün cəhətləri var…” - VİDEO

Hazırda oxunan: Putin, Ərdoğan və Nazarbayev İlham Əliyev haqqında: “Çoxlu üstün cəhətləri var…” - VİDEO

0:00
0:00
51494

“Prezident. Təkrarolunmaz diplomatiya” sənədli filmi Azərbaycan dövlətinin başçısı İlham Əliyevin 60 illik yubileyinə həsr olunub.

Xatırladaq ki, 2021-ci il dekabrın 24-də İlham Əliyevin 60 yaşı tamam olacaq.

Bizim.Media xatırladır ki, filmdə tamaşaçılara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Bütün Rusiyanın Patriarxı Kirill və digər tanınmış dövlət və siyasi xadimlərin müsahibələri təqdim olunur.

Xüsusilə, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlətinin başçısı haqqında danışarkən bildirib ki, “İlham Əliyevin bir çox üstünlükləri var... lakin buna baxmayaraq, onun həyatda əsas məqsədi ölkəsində hər şeyin yaxşı olmasıdır.  Siyasi müdriklik Prezident Əliyevin Qarabağda hərbi əməliyyatların dayandırılmasında əməyi olub”.

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bir faktı qeyd edib ki, “dövlətlər çətin anlarda enerjili, müdrik liderlər tərəfindən idarə olunarsa, uğur qazanırlar... Müstəqillik illərində Azərbaycan çətin şəraitdə inkişaf edib...”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevin uğurlu siyasətindən danışaraq onun prezidentliyi dövründə Azərbaycanın regionun güc mərkəzinə çevrildiyini vurğulayıb.

Bütün Rusiyanın Patriarxı Kirill isə Azərbaycan xalqının çiçəklənməsini İlham Əliyevin prezident kimi fəaliyyətinin nəticəsi adlandırıb.

Qeyd edək ki, sənədli film dekabrın 24-də Azərbaycan Dövlət Televiziyasında (AzTV) nümayiş olunacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO