Səhnədə yıxılan aktrisa Hollivud ulduzuna bənzədildi - VİDEO

Səhnədə yıxılan aktrisa Hollivud ulduzuna bənzədildi - VİDEO

Hazırda oxunan: Səhnədə yıxılan aktrisa Hollivud ulduzuna bənzədildi - VİDEO

0:00
0:00
51140

Türkiyədə "Men of The Year- 2021" ("İlin adamı") mükafatlandırma mərasimində mükafatı təqdim etmək üçün səhnəyə çıxan aktrisa Ahu Yağtu yerə yıxılıb.

Bizim.Media xəbər verir ki, onun yıxılmasına səbəb uzun libasının ayağının altında qalması olub. 

Qonaqlar çətin vəziyyətə düşən aktrisaya dəstək olmaq üçün Ahunu alqışlamağa başlayıblar.

O, səhnədə olan aparıcı Fadik Sevin Atasoyun yardımı ilə ayağa qalxıb.

Onun üzləşdiyi hal daha əvvəl "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Cennifer Lourensin də başına gəlmişdi. Aparıcı hadisələri bənzədərək, həmin anları xatırlatdığı üçün Ahuya təşəkkür edib.Qeyd edək ki, Ahu hazırda "Kardeşlerim" serialında rol alır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO