Lukaşenko qaçqınlara görə Polşa prezidentinə müraciət etdi - VİDEO

Lukaşenko qaçqınlara görə Polşa prezidentinə müraciət etdi - VİDEO

Hazırda oxunan: Lukaşenko qaçqınlara görə Polşa prezidentinə müraciət etdi - VİDEO

47810

Belarus prezidenti Aleksandr Lukaşenko Polşa rəhbərliyinə qaçqınların Almaniyaya daxil olmasına icazə verilməsi xahişi ilə müraciət edib.

Bizim.Media xəbər verir ki, onun fikrincə, bundan sonra sərhəddəki böhran problemi həll olunacaq.

Lukaşenko Belarus-Polşa sərhədindəki qaçqınları əmin edib ki, Belarus hakimiyyəti onların problemlərini siyasiləşdirməyəcək.

"Heç bir halda biz sizin (qaçqınlar - TASS) talelərinizlə oynayıb siyasət aparmayacağıq". Lukaşenko cümə günü Belarus-Polşa sərhədindəki Bruzgi keçid məntəqəsinin yanındakı logistika mərkəzinin yaxınlığında miqrantlarla danışarkən belə deyib.

“Belarus qaçqınlar üçün humanitar dəhliz yaratmaq üçün Polşa ilə gərginliyi artırmayacaq”, Lukaşenko bildirib. 

O, əmin edib ki, Belarus hakimiyyəti qaçqınları zorla qovmayacaq. Lukaşenko mərkəzdə məskunlaşan miqrantlara müraciət edərək, "Heç bir halda sizi zorla təyyarələrə mindirib evinizə göndərməyəcəyik" deyib. 

Onun sözlərinə görə, indiyədək 1000-ə yaxın miqrant Belarusu tərk edib.

Lukaşenko bildirib ki, Belarus hakimiyyəti miqrantların Qərbə doğru irəliləməsinə mane olmayacaq. O bildirib ki, Belarus ərazisində ümumilikdə 2-3 minə yaxın qaçqın var. 
 

Belarus prezidenti qeyd edib ki, son 24 saat ərzində Polşa təhlükəsizlik qüvvələri 400-ə yaxın qaçqını sərhədə sıxışdırmağa cəhd edib.


Lukaşenko deyib ki, qaçqın problemi indi həll olunmasa, qış və yaz aylarında onların sayı daha da çox olacaq.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO