Psixoterapevt kölgələrə işıq saçacaq – YENİ LAYİHƏ - VİDEO

Psixoterapevt kölgələrə işıq saçacaq – YENİ LAYİHƏ - VİDEO

Hazırda oxunan: Psixoterapevt kölgələrə işıq saçacaq – YENİ LAYİHƏ - VİDEO

47307

Tanınmış psixoterapevt Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başlayıb.

Bizim.Media xəbər verir ki, həftədə bir dəfə efirə çıxacaq “Kölgə işığı” adlı verilişdə dünyada və ölkəmizdə aktual olan psixoloji məsələlərin həlli yolları araşdırılır. 

Mütəxəssislərin iştirakı ilə təqdim olunan layihənin əsas məqsədi gənclərin, yeniyetmələrin mənəvi dünyalarına kölgə salan məqamlara aydınlıq gətirməkdir. Yeni proqramda valideynlər də yeniyetmə və gənc övladları ilə ümumi dil tapmaq, onların daxili aləmini kəşf etmək, eləcə də yardım göstərməklə bağlı suallarına cavab tapacaqlar. 

Proqramın aparıcısı Elmir Əkbər layihə barədə danışaraq qeyd edib ki, bu, vətəndaşlar üçün çox faydalı olacaq:

“Düzgün istiqamətini itirən yeniyetmələr, ailə daxilində yaranan təlatümlər, yanlış örnək seçimi hamımızı narahat edir. Bu baxımdan düşünürəm ki, “Kölgə işığı” vətəndaşlar üçün çox faydalı layihədir. Yeniyetmə və gənclər onları narahat edən, şüuraltı problemləri özündə əks etdirən, öz kölgələrində gizlənmiş sualların cavabını aktiv ünsiyyət vasitəsilə tapa biləcəklər”. 

Verilişin ssenari müəllifi Gülayə Xəlilova, quruluşçu rejissoru Rəna Yunisli, redaktoru isə Sevinc Mütəllibovadır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO