Ermənistan ordusunun sarsıntılı və alçaldılmış GÖRÜNTÜLƏRİ – FOTO+VİDEO

Ermənistan ordusunun sarsıntılı və alçaldılmış GÖRÜNTÜLƏRİ – FOTO+VİDEO

Hazırda oxunan: Ermənistan ordusunun sarsıntılı və alçaldılmış GÖRÜNTÜLƏRİ – FOTO+VİDEO

46905

“Sosial şəbəkələrin erməni seqmentində yayılan görüntülər bir daha sübut edir ki, hazırda Ermənistan ordusu deyilən bir anlayış yoxdur”. 

Bunu Bizim.Media-ya müsahibəsində hərbi ekspert Ədalət Verdiyev söyləyib. O, faktlara istinadən qeyd edib ki, telegram kanallarında yayılan bu videolardan da görünür ki, hərbi komisarlığın qarşısında yığışan erməni ordusu ancaq qoca və əyninlərinə normal paltar tapılmayan əsgərlərdən ibarət bir dəstədir.

Bu cür hal isə hazırda erməni ordusunun təqaüdçülərin, yaşlı nəslin ümidinə qalmasını bir daha sübut edir.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni müdafiə nazirini Paşinyanın yerinə hazırlayırlar? - ERMƏNİ MEDİASİ YAZIR


Başqa bir görüntüdə isə cavan əsgərlərdən olan dəstə Paşinyan hakimiyyətini ordunun bu gün düşdüyü acınacaqlı durumda günahlandırması əks olunur. Cavan əsgərlər bu gün orduda baş verənlərdə, öldürülən hər bir erməni əsgəri üçün birbaşa erməni siyasi qüvvələrini hakimiyyət uğrunda savaşının nəticəsi olduğunu bildirirlər. 

Ermənistan küçələrində keçirilən sorğudan isə bəlli olur ki, əhali övladlarını lazım gələrsə, leqal olmayan yollarla ölkədən belə çıxarmağa  hazırdılar. Onlar istəmirlər ki, övladları erməni ordusundakı başıpozuqluğunun qurbanı olsun.

Ədalət Verdiyevin fikrincə, kiməsə arxayın olub, bu cür kritik dönəmlərdə belə təxribata əl atmaqdan çəkinməyən işğalçı ölkənin  ordusu darmadağın edilən ordu görüntüsündən başqa bir təəssürat yaratmır.

“Noyabrın 16-da erməni silahlı qüvvələrinin Laçın, Kəlbəcər istiqamətində törətdikləri təxribatdan sonra yaranan vəziyyət Ermənistan ordusunun darmadağın və idarəolunmaz bir vəziyyətə düşməsini bir daha  göstərir. Onlar son döyüşlərdə 24 nəfəri itkin, 13 nəfəri isə yaralı olduğunu məruzə ediblər.
 

Daha sonra isə 6 nəfərin öldüyünün rəsmi olaraq elan etdilər. Lakin fikrimcə, bu hələ Ermənistan ordusunun itkilərinin tam sayı deyil. Ehtimallara görə, Ermənistanın bu qısa müddətli lokal toqquşmada ən azı 60-a yaxın heyəti yaralanıb və həlak olub”.


Hərbi ekspert həmçinin qeyd edib ki, bu gün Ermənistan ordusu tarixinin ən acınacaqlı, sarsıntılı və alçaldılmış bir dövrünü yaşayır.

“Məlumdur ki, Ermənistan ordusu Azərbaycana qarşı müqavimət potensialını artıq müharibənin ilk vaxtlarında itirmişdi. Müharibənin davam etdiyi 44 gün və ondan sonrakı ilk 20 gündə Ermənistan ordusunun geri çəkilmə tempi gündəlik 150 kvadrat kilometr təşkil edib. Belə olduğu halda tərəflərin güc balansı nisbətini müqayisə etmək yersiz görünür”.

Vüsalə Balayeva, Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO