“Moyka”larda niyə içməli sudan istifadə edilir? - VİDEO

“Moyka”larda niyə içməli sudan istifadə edilir? - VİDEO

Hazırda oxunan: “Moyka”larda niyə içməli sudan istifadə edilir? - VİDEO

46604

Azərbaycanın da su qıtlığı yaşayan ölkələr sırasına daxil olması su israfının qarşısının alınmasını daha da aktuallaşdırıb. Lakin təəssüflər olsun ki, ölkəmizdə əksər sahələrdə suya nəinki qənaət edilmir, hətta ciddi israfçılığa yol verilir. 

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, ən çox da içməli suyun israf edildiyi məkanlardan birincisi avtomobil yuma məntəqələridir. 

El dili ilə desək, “moyka”larda yüksək təzyiqli aparatların mövcud olduğunu nəzərə aldıqda, kifayət qədər içməli suyun istifadə edildiyini təsəvvür etmək çətin deyil.

Halbuki, avtomobillərin yuyulması üçün bir çox ölkələrdə olduğu kimi, texniki sudan istifadə etmək olar. 

Paytaxtda yerləşən bir neçə avtoyuma məntəqəsinə yaxınlaşsaq da, işçilər kamera qarşısında cavab verməkdən çəkindilər. Sadəcə şifahi şəkildə texniki su şəbəkəsi olmadığı üçün içməli sudan istifadə etdiklərini dedilər. Ekspertlər də vurğulayırlar ki, içməli suyun bu formada israfı yolverilməzdir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO