Kikabidzenin Saakaşvili ilə bağlı xahişinə Zelenski nə cavab verib? – ÖZƏL VİDEO

Kikabidzenin Saakaşvili ilə bağlı xahişinə Zelenski nə cavab verib? – ÖZƏL VİDEO

Hazırda oxunan: Kikabidzenin Saakaşvili ilə bağlı xahişinə Zelenski nə cavab verib? – ÖZƏL VİDEO

45684

SSRİ xalq artisti, məşhur gürcü aktyoru Vaxtanq Kikabidze Mixeil Saakaşvili üçün Ukrayna prezidenti Vladimir Zelenskidən xahiş edib.

Bizim.Media-nın özəl mənbələrdən əldə etdiyi məlumata görə, bu məsələyə görə, Ukraynaya yola düşən aktyor, prezidentlə görüşə məşhur ukraynalı jurnalist Dmitri Qordon ilə gedib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Gürcüstana nota verdi - Saakaşvili ilə bağlı tələb


Kikabidze Zelenskidən Saakaşvilinin həyatından narahat olduğunu və eks prezidentin normal şəraiti olan xəstəxanaya köçürülməsində yardımçı olmasını xahiş edib. 

O, Zelenski ilə görüşü haqda Qordonla söhbətində açıqlama verib. Bildirib ki, Zelenski söz verib ki,akaşvili mənim ölkəmin vətəndaşıdır və bunun üçün əlindən gələni edəcək. 
 

Qeyd edək ki, Gürcüstanın eks prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığını qəbul edib və 2015-2016 – ci illərdə Ukraynanın Odessa şəhərinin qubernatoru olub.


Lakin o, 2017-ci il iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılıb. Bununla bağlı fərmanı o vaxt Ukraynanın Prezidenti olan Petro Poroşenko imzalayıb. Ukraynanın yeni prezidenti Vladimir Zelenski dövründə 2019-cu ilin may ayında Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılıb.

Vüsalə Balayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO