Moskvada erməni sahibkar bayrağımızı ayaqlar altına sərdi – VİDEO

Moskvada erməni sahibkar bayrağımızı ayaqlar altına sərdi – VİDEO

Hazırda oxunan: Moskvada erməni sahibkar bayrağımızı ayaqlar altına sərdi – VİDEO

45264

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rumyantsev Ticarət Mərkəzində Azərbaycan bayrağı təhqir edilib.

Bizim.Media Qaynarinfo-ya istinadən xəbər verir ki, ticarət mərkəzinin döşəmə və pilləkənlərinə Azərbaycan bayrağı həkk olunub.
 

Moskvada yaşayan azərbaycanlı diaspor nümayəndələri bildirib ki, bu addım məqsədli şəkildə atılıb. "Ticarət Mərkəzinin sahiblərindən biri Sirunyan Aşot Alfredoviçdir.


O milliyyətcə ermənidir. Ad və soyadı da dediklərimizi təsdiq edir. Azərbaycan bayrağı da onun təşəbbüsü ilə döşəmədə əks olunub”, - deyə soydaşlarımız vurğulayıb.

Aşot Sirunyanın bu əməli soydaşlarımız tərəfindən narazılıqla qarşılanıb.
 

"Biz artıq Rusiyanın müvafiq strukturlarına müraciət etmişik. Tələb etmişik ki, bu rəzalətə son qoyulsun. Ticarət Mərkəzinin rəhbərliyinə də sözümüzü demişik.


Bu gün rəsmi müraciətlərimizi Azərbaycanın Rusiyadakı səfirliyinə və ticarət mərkəzinin rəhbərliyinə də çatdıracağıq”, - deyə soydaşlarımız qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO