Kitabların ƏDV-dən azad olunması ölkəmizə nə verəcək? - Deputat açıqladı - VİDEO

Kitabların ƏDV-dən azad olunması ölkəmizə nə verəcək? - Deputat açıqladı - VİDEO

Hazırda oxunan: Kitabların ƏDV-dən azad olunması ölkəmizə nə verəcək? - Deputat açıqladı - VİDEO

44977

Xəbər verdiyimiz kimi, Milli Məclisdə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.  Dinləmədə deputatlar, nəşriyyat və poliqrafiya mərkəzlərinin, kitab mağazalarının direktorları, media qurumlarının rəhbərləri iştirak edib.

Bizim.Media deputat Tahir Mirkişili bu mövzuya münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Milli Məclisə daxil olan kitab və kağızın idxalının, istehsalının və satışının ƏDV-dən azad olunması tarixi bir hadisədir. 
 

MÖVZU İLƏ BAĞLI:

Qəzet, dərslik satışı ƏDV-dən azad olunur – Deputatlar müzakirəyə başladı


Milli Məclisin üzvü “Bu qərar ölkəmizə nə verəcək?” sualına belə cavab verib:

“ƏDV-nin ləğvi kitab və digər çap məhsulları üçün istehlakçının ödədiyi qiymətə birbaşa və dolayısı ilə kitab satışına təsir göstərir. Bu kitab və qəzet mədəniyyəti, savadlılıq və oxumaq təbliğatının ən təsirli yollarından biridir. Kitablarda 0 dərəcə ƏDV ilə daha çox insan daha çox kitab oxuyacaq.

Aparılan tədqiqatlar göstərir ki, ƏDV-nin ləğvi daha güclü yaradıcılıq və biliyi təşviq edir. 

ƏDV-nin ləğvi bu sahədə daha çox sahibkarlığı dəstəkləməklə məşğulluğu artırır, kiçik və orta nəşr şirkətlərinin, o cümlədən milli nəşr sənayesinin inkişafını təmin edəcək”.

Deputatın fikrincə, dövlətin bu vergi növünü ləğv etməklə əsas gözləntisi çap sənayesinin inkişafı, kitab qiymətlərinin əlçatan olması və ən əsası insanların daha çox kitab oxumasına dəstək olmaqdır.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO