“Üçrəngli bayrağımızın Xankəndidə dalğalanmasına az qalıb” - TURAL GƏNCƏLİYEV -VİDEO

“Üçrəngli bayrağımızın Xankəndidə dalğalanmasına az qalıb” - TURAL GƏNCƏLİYEV -VİDEO

Hazırda oxunan: “Üçrəngli bayrağımızın Xankəndidə dalğalanmasına az qalıb” - TURAL GƏNCƏLİYEV -VİDEO

44888

“İndi bizim üçrəngli bayrağımız Qarabağın ən yüksək zirvələrində dalğalanır. Əminliklə deyə bilərəm ki, Azərbaycanın üçrəngli bayrağının Xankəndi şəhərinin mərkəzində dalğalanmasına cox qalmayıb. Bunun üçün siz savadlı olmalı, tariximizi dərindən öyrənməli, sağlam mənəviyyatla böyüməlisiniz”.

Bizim.Media xəbər verir ki, bu fikirlər “Qarabağa dönüş” təşkilatının rəhbəri, Xankəndi şəhərindən seçilmiş millət vəkili Tural Gəncəliyev Zəfər Günü münasibəti ilə keçmiş məcburi köçkünlərin məktəbli övladlarına müraciətində səslənib. 
 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkili küçədə pendir-çörək yedi: “Bunun ləzzəti başqadır...” - FOTO


Tural Gəncəliyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məcburi köçkünlərin 30 illik vətən həsrətinə son qoyuldu. Bundan sonrakı nəaliyyətlərimiz isə sizin vətənpərvər ruhda savadlı, elmli böyüməyinizdən də çox asılıdır. Müraciətdə mübariz və qalib gələcəyə ümidlər aşılanıb. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO