Murovdağ tunelində işlər nə yerdədir? - AÇIQLAMA - VİDEO

Murovdağ tunelində işlər nə yerdədir? - AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Murovdağ tunelində işlər nə yerdədir? - AÇIQLAMA - VİDEO

44186

Cənubi Qafqaz regionunun ən böyük avtomobil yolu tunelinin inşası davam edir.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundan gedir.
 

Layihəyə uyğun olaraq yolun uzunluğu 80.7 km. təşkil edir. Yolun 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır.


Çətin relyefə malik ərazi olduğundan yolun müəyyən bir hissəsi Murovdağ silsiləsinin altından tunel olaraq keçəcək.

Qeyd edək ki, tunelin ümumi eni 12 metr olacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, buna paralel olaraq işğaldan azad edilmiş ərazilərdə yol infrasturukturu ilə bağlı işlər sürətlə aparılır. Onun sözlərinə görə, cəmi 10 ay ərzində tikintisi aparılan, uzunluğu 101,5 km. olan ''Zəfər-yolu'' demək olar ki, hazırdır.

Xatırladaq ki, həmin yolun üzrində 4 körpünün, 9 yeraltı keçidin inşaası da tamamlanıb. Uzunluğu 81 km. olan Əhmədbəyli-Füzuli-Şuşa yolunda da işlər davam edir.

Agentlik rəsmisi deyib ki, 4 və 6 hərəkət zolaqlarından ibarət olan yolda partlatma üsulu ilə tunellər inşa edilir.

Anar Nəcəfli bu ilin 9 ayı ərzində ümumən görülən işlərlə bağlı da məlumat verib.
 

Agentlik tərəfindən ilin əvvəlindən sentyabr ayına qədər avtomobil yollarında 8 yeni körpü də tikilib. Həmin körpülərdən 4-ü İsmayıllıda, 4-ü isə "Zəfər yolu" üzərindədir.


O da bildirilib ki, bu müddət ərzində Bakı şəhərində 2 yerüstü piyada keçidi inşa edilərək sakinlərin istifadəsinə verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO