Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər – VİDEO

Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər – VİDEO

Hazırda oxunan: Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər – VİDEO

44045

"Epidemioloji vəziyyət pisləşərsə, hər cür qadağanedici tədbirlər qəbul edilə bilər. Biz müəyyən qərarlar verərkən ayrı-ayrı ölkələrinin təcrübəsini də nəzərə alırıq".

Bizim.Media-nın məlumatına görə, bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir" verlişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

O əlavə edib ki, karantin rejiminin uzadılması göstərir ki, istənilən anda qaydalar sərtləşdirilə bilər. 

Adil Qeybulla qapanmaların təhsil sahəsində ola biləcəyini istisna etməyib. Mütəxəssis bunu orta və ali məktəblərdə şagirdlərin, tələbələrin maskadan düzgün istifadə etməməsi və sosial məsafəni gözləməməsi ilə əlaqələndirib.

"Virusa yoluxma sayı yüksələrsə, yenidən distant təhsil keçilə bilər. İri ticarət mərkəzlərinə girişin məhdudlaşdırılması və digər bənzər qərarların verilməsi istisna edilmir", - deyə Adil Qeybulla vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO